Rejissorluğunu Şahin Zəkizadənin etdiyi “100 kağız” filminin qala gecəsi baş tutub.
Axşam.az-ın məlumatına görə, Nizami Kino Mərkəzində keçirilən gecədə sənət aləminin tanınmış simaları iştirak edib.
Mərasimdə çıxış edən Ş.Zəkizadə ekran işi ilə bağlı xəbər verib:
“Filmdə 52 aktyor çəkilib. Hər birinə təşəkkür edirəm. Ssenari 14 il əvvəl yazılıb. Bugünkü həyat tərzi ilə üst-üstə düşür. Çəkilişlər 21 gün davam etdi. Ekran işi Bakıda və Şamaxıda lentə alınıb”.
Qeyd edək ki, "100 kağız"da xalq artisti Arif Quliyev, əməkdar artist Dilarə Əliyeva, aparıcı Azər Axşam, Zemfira Adıgözəlova, Elnur Kərimov, müğənni Roza Zərgəli və başqaları rol alıb.
Qala gecəyə qatılanlar arasında xalq artisti Faiq Ağayev, əməkdar artist Sənubər İsgəndərli və başqaları olub.
Комментариев нет:
Отправить комментарий