среда, 8 апреля 2015 г.

Emil Əzizin sərgisi olub - fotolar


Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Muzey Mərkəzinin Sərgi qalereyasında rəssam Emil Əzizin “Yuxularım” adlı fərdi sərgisi keçirilib.
Axşam.az-ın məlumatına görə, gecəni giriş sözü ilə açan Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi Qalib Novruzov rəssamın yaradıcılığından bəhs edib.
Əməkdar incəsənət xadimi Rafiq Əziz, əməkdar rəssam Sakit Məmmədov və Rəssamlar İttiqafının üzvü Salxab Məmmədov Emil Əzizlə bağlı fikirlərini bölüşüblər.

Gecədə Emil bu sənətin sirlərini atası, əməkdar incəsənət xadimi Rafiq Əzizdən, eləcə də Sakit Məmmədovdan öyrəndiyini vurğulayıb.
Sərgidə rəssamın 43 əsəri nümayiş olunub.
 
 

 

 

 

 

 

 

 


Комментариев нет: