Bakı. 12 aprel. REPORT.AZ/ Frankfurtdan Torontoya uçan Kanadaya məxsus “Boeing -777” təyyarəsi 87 yaşlı qadın sərnişinə görə məcburi eniş edib.
“Report” xəbər verir ki, göyərtədə dava salan qadın heyət üzvlərinə hücum edib və hətta stüardlardan birini dişləməyə də macal tapıb.
Hadisə təyyarə Atlantik okeanı üzərindən uçarkən baş verib. Dublinin 100 km-də olan hava gəmisi Şennon hava limanına enib.
Polisin məlumatına görə, təqaüdçü ona qarşı heç bir ittiham irəli sürülmədən sərbəst buraxılıb. Onun davranışlarının səbəbi açıqlanmayıb.
Комментариев нет:
Отправить комментарий