Müğənni Röya Ayxan İTV-də yayımlanan “Yeni gün” verilişinin qonağı olub.
Lent.az-ın "axşam.az"a istinadən xəbərinə görə, sənətçi yeni bəstəkar axtarışına çıxdığını deyib:
“Mənim üçün yeni səhifə açacaq adam istəyirəm. Peşəkar bəstəkar olmasın. Siravi insanların arasından birini istəyirəm. Onların bəstələri fərqli olur. Heç vaxt mahnı yazmamışam, bacarmıram. Allah mənə həyatda iki şey verməyib: biri ağıl, digəri bəstəkarlıq qabiliyyəti. (gülür) Onun əvəzində sağlam komandam var”.
R.Ayxan gec-gec duet oxumağının səbəbini açıqlayıb:
"Duet oxumağı xoşlayıram. Amma düşünürəm ki, belə olan halda tərəf müqabilimin də sevənlərini öz tərəfimə çəkirəm. Düzdür, mənim izləyicim daha çoxdur. Yenə də gözüm doymur".
"Duet oxumağı xoşlayıram. Amma düşünürəm ki, belə olan halda tərəf müqabilimin də sevənlərini öz tərəfimə çəkirəm. Düzdür, mənim izləyicim daha çoxdur. Yenə də gözüm doymur".
Müğənni konsert verməkdən çəkinən ifaçılara ismarış göndərib:
“Deyirlər, konsert vermək üçün sponsor, pul lazımdır. Amma bunlar bəhanədir. Konsert toy kimi bir şeydir, özü öz xərcini ödəyir. Biletlərim satılır, gəlirlə konsertin xərcini ödəyirəm. Hələ özümə də xeyir qalır. Mən konsertdən pul qazanıram. Demək, siz bilet sata bilmirsiniz".
Son günlər səs telləri ilə bağlı problem yaşayan Röya "Bu gün Gülyanaq və Gülyaz bacıları məni həkimə aparacaq. Deyib-gülürəm, amma səsimdə çox ciddi problem var" deyə, bildirib.
Son günlər səs telləri ilə bağlı problem yaşayan Röya "Bu gün Gülyanaq və Gülyaz bacıları məni həkimə aparacaq. Deyib-gülürəm, amma səsimdə çox ciddi problem var" deyə, bildirib.
Комментариев нет:
Отправить комментарий