вторник, 21 апреля 2015 г.

"Anamın kölgəsində gəzmək istəmirəm" - xalq artistinin oğlu

Xalq artisti Gülyaz Məmmədova oğlu Ramazanla bilikdə “Hər şey daxil” verilişinin qonağı olub. 
Axşam.az-ın məlumatına görə, müğənnilik edən Ramazan öz əziyyəti ilə məşhurlaşmağa çalışdığını deyib:
“Anamın adından istifadə etmək niyyətim yoxdur. Çalışıram özüm irəli gedim. Əziyyəti görüm. Anamın məşhurluğunun kölgəsində gəzmək istəmirəm. Onsuz da bilirlər ki, kimin oğluyam”.
G.Məmmədova oğluna müğənni xanım almaqla bağlı suallara isə belə cavab verib:
“Bu mövzu ətrafındakı qalmaqaldan xəbərim var. Müğənnilik saf sənətdir. İnsan öz həyat tərzini düzgün qurmursa, bu müğənniliyə aid deyil. Hər bir sahənin yaxşısı da var, pisi də. Əziyyətlə hörmət qazanırıq, sevilirik. Yüksək səviyyəyə gələndə isə deyirik: “İkinci dəfə doğulsaydım, müğənni olmazdım”. Bu düz deyil”. 




Комментариев нет: