вторник, 21 апреля 2015 г.

“Memati” yeni filmə çəkilir

“Kurtlar Vadisi” serialından Memati obrazı ilə tanınan aktyor Gürkan Uyqun Kürşad Kızbazın“Somuncu baba aşkın sırrı” filminin heyətinə daxil olub. 
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 2015-ci ilin ən iddialı filmi adlandırılan ekran işində Gürkan Osmanlı sultanı İldırım Bəyazidin obrazını canlandıracaq. Yeni roluyla bağlı həyəcanlı olduğunu bildirən Gürkan tarixi şəxsiyyətlərin obrazını canlandırmağı böyük şans adlandırıb:
“İkinci Bəyazidin rolunda çəkilmək çox gözəl və məsuliyyətli hissdir. “Möhtəşəm yüz il”də Memar Sinanı oynamışdım. Tarixi şəxsiyyətlərin obrazını canlandırmaq hər bir aktyor üçün böyük şansdır. Bununla belə, diqqətli olmaqda da fayda var. Ürəyimcə bir iş oldu. İnanıram ki, tamaşaçılar da bəyənəcəklər”.

Комментариев нет: