Əməkdar artist Dilarə Əliyeva rol aldığı “100 kağız” filminin qala gecəsinə qatılıb. Axşam.az-a açıqlama verən aktrisa yeni çəkilən komediya filmlərindən bəhs edib:
"Xoxan" və “Ay Brilliant”a baxmışam. Məni güldürən məqamlar oldu. Mən də film sahəsində olan insanam. "Həmkarlarımın işini bəyənmədim" deyə, bilmərəm. Hələ ki, bizdə kino yeni inkişaf edir. Gələcəkdə şərait yaxşılaşandan sonra iradlarımızı bildirə bilərik. Çatışmazlıq bütün ekran işlərində var. Tənqidi kənara qoyub, tərifə layiq olan məqamları göstərsək, bu sahə inkişaf edər. Bəziləri də bütün filmlərdə eyni aktyorların çəkilməsindən şikayət edir. Ona qalsa, Hollivudda ildə 700 kino çəkilir. Orada da təkrar aktyorlara rast gəlirik".
"100 kağız"da canlandırdığı cadugər obrazından danışan D.Əliyeva heç vaxt falçıya getmədiyini bildirib:
“Əgər falçı yanına getsəydim bunu gizlətməzdim. Ömrümdə bir dəfə 17 yaşımda qulaq falına çıxmışam. Filmdə insanlara mesaj göndərirəm ki, falçıların fırıldaqlarına inanmayın".

Комментариев нет:
Отправить комментарий