среда, 8 апреля 2015 г.

"Onu silkələmişəm, dayanıb, baxıb" - Xalq artisti həyat yoldaşı haqqında nələr dedi - Video

Xalq artisti Brilliant Dadaşova "Düzünü desək" verilişinin qonağı olub. ATV.az məlumat verir ki, ifaçı 27 ildir ki, ailəli olduğunu və həyat yoldaşının ona etdiyi güzəştlərdən söhbət açıb: "İlk baxışdan sevmişdim onu. Sevmişdim ona görə deyirəm ki, illər sonra sevgi hörmətə çevrilir.  Birinci kursda oxuyanda onunla nişanlanmışıq. Üçüncü kursda oxuyanda ailə qurduq. Onu ilk görəndə bəyəndim. Atama oxşayırdı, ağbəniz idi. Amma biz tamam fərqliyik -mən emosionalam, o, sakitdir. Elə olub ki, mən onu silkələmişəm o isə dayanıb, baxıb. Xasiyyətini çox bəyənirəm".


Комментариев нет: