вторник, 14 апреля 2015 г.

"Doğuşa min manat maaş verə bilərəm"

Xoşqədəm Baxşəliyeva bu gün keçirdiyi mətbuat konfransında Doğuşla birlikdə planlarından da danışıb. 
 Qafqazinfo xəbər verir ki, aparıcı həyat yoldaşının çox qonorar istədiyini deyib:
 “Doğuşun Türkiyədə işləri çoxdur. Yeni filmə çəkilir. Onun Azərbaycanla bağlı planları yoxdur. Doğuşu Azərbaycanda seriala dəvət etmişdilər, razılaşmadı. Əslində istəyərəm ki, Doğuşla birlikdə veriliş təqdim edim. Bu, maraqlı ideyadır. Lakin Doğuş çox qonorar istəyir. O vaxt verilişimə də qonorar alıb gəlmişdi. Doğuşun istədiyi qədər qonorar verməyə imkanım yoxdur. Ona ancaq min manat maaş verə bilərəm”.

Комментариев нет: