вторник, 14 апреля 2015 г.

Nazənin: "Saytlara payladım ki, artıq sussunlar"

Müğənni Nazənin rəsmi nikahın vacibliyindən söhbət açıb.
 Gecce.az xəbər verir ki, iki dəfə rəsmi ailəli olan sənətçi vətəndaş nikahı ilə yaşayan hımcinslərinə səslənib.
 “Özünə hörmət qoyan xanım heç vaxt vətəndaş nikahı ilə yaşamaz. Vətəndaş nikahı qurub bir-birinizi tanıyın, amma rəsmi nikah başqadır.
 Sizi inandırım ki, mənim rəsmi nikahım olmasaydı, başıma bir oyunlar açardılar! O nikah kağızı hər kəsi susdurdu. Məcbur olub saytlara payladım ki, artıq sussunlar.
 İki dəfə rəsmi nikahım olub. İlk evliliyimdən bir oğlum, bir qızım, ikincisindən isə bir oğlum var.
 Rəsmi nikah vacibdir. Gözümüzün önündə qızlarımız qeyri-rəsmi övladlar dünyaya gətirirlər. Bunun qarşısını almaq lazımdır”.

 

Комментариев нет: