Amsterdamın populyar musiqi mərkəzi olan “Melkweg” məkanında illik “Eurovision” konserti keçirilib.
Axşam.az müsabiqənin saytına istinadən xəbər verir ki, mərasimdə 24 çıxış, o cümlədən Azərbaycanın təmsilçisi Elnur Hüseynovun ifası dinlənilib.
Konsertdə 1500-dən çox pərəstişkar olub. Müsabiqə iştirakçıları jurnalistlərlə də görüşüb. Tədbirin xüsusi qonağı isə “Eurovision- 1985” mahnı müsabiqəsinin qalibi olmuş “Bobbysocks” dueti olub.
Qeyd edək ki, E.Hüseynov mayın 21-də “Eurovision-2015” mahnı müsabiqəsinin ikinci yarımfinalında 11-ci çıxış edəcək. O, «Hour of the Wolf» mahnısını səsləndirəcək.
Комментариев нет:
Отправить комментарий