четверг, 16 апреля 2015 г.

Gözəl ulduzların ortaq çətinlikləri - Fotolar

 
Aktrisa Skarlet Yohansson, Keti Holms və Ancelina Colinin ortaq nöqtələri nədir?
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, Hollivudun bu gözəl qadınlarının ayaq ölçüləri çox böyükdür.
39 yaşlı Keyt Vinslet də ideal bədəni ilə bəyənilir. Yalnız "Oskar"lı aktrisanın ayaqqabılarının ölçüsü 40-dır. 170 santimetr boyu olan ulduz bəzən baxımsız görünən ayaqları ilə obyektivlərə tuş gəlir.
K.Holmsun da 170 santimetr boyu var, ancaq ayaqları 40.5 ölçüsündədir. S.Yohanssonun boyu isə daha az 160 santimetrdir. Ancaq onun da ayaq ölçüsü böyük olduğu üçün kobud ayaqqabılar geyinməli olur.
Sandra Ballok, Qvinet Peltrou, Ancelina Coli, Uma Turman və Keyt Blanşet də ayaqqabı ölçüləri böyük olan ulduzlardan sayılırlar.
Bu isə Hollivud ulduzlarına son model, zərif ayaqqabı geyinməklərində, bəzən isə fotokamera qarşısında çətinlik yaradır


 

Комментариев нет: