Müğənni Günay İbrahimli "Huzur" mahnısına klip çəkdirib. Ekran işi hal hazırda montaj prosesində olsada, kamera arxası baş verənləri ifaçı ATV.az -a açıqlayıb:
"Mahnının musiqisi və sözləri Tural Bayraməliyevə aiddir. Rejissor Aqil M.Quliyevdir, operatorumuz Moskvadan gəlib. Klipin prodüseri Toma Hüseynəliyevadır, fotoqraflarımız Fərhad Tamerlan Nicat və Fuad çox əziyət çəkdilər. Düz 17 saat klip çəkilişi çəkdi. Klip üçün xüsusi texnika gətirilmişdi. Hətta klip "Avatar" filmində istifadə olunan kamera ilə çəkilib. Çəkilişin bir hissəsi hava limanında oldu .Aqil məni hətta ağlatdı. Ümumi çox maraqlı klip alınıb. Bu yaxınlarda klipi təqdim edəcəm və sevənlərimə inanıram ki, bəyəniləcək."
Klip çəkilişindən fotoları təqdim edirik:
Комментариев нет:
Отправить комментарий