Müğənni Röya Ayxan və ANS telekanalı arasındakı narazılıq başa çatıb.
Axşam.az-ın məlumatına görə, sənətçi uzun fasilədən sonra ilk dəfə telekanalda yayımlanan “Əslində mən” verilişinin qonağı olub. Proqramın aparıcısı Ülviyyə Alovlu məsələ ilə bağlı danışıb:
“Röya ruh adamıdır. Hərdən əsəbi olur, kimdənsə küsür, sərt cavab verir. Amma kin saxlamır. Onu çox istəyən, yaxın olan rəfiqəsiyəm. Hər zaman Röyanı küsülü olduğu insanlarla barışdırmışam. Bu dəfə də ANS-də etdim. Rəhbərliyə Röyanı çəkmək istədiyimi deyəndə heç bir etirazları olmadı. Verilişimiz də maraqlı alındı. Hamı bilir ki, o, verilişlərə çıxmır. Amma birtəhər yola gətirdim”.
Qeyd edək ki, R.Ayxanla ANS arasında problemlərin yaranmasına səbəb solo konserti zamanı müğənninin telekanalın əməkdaşlarını içəri buraxmaması olmuşdu. Belə ki, akkreditasiyadan vaxtında keçmədiyi üçün müğənni ANS-in çəkilişinə icazə verməyib. Bundan sonra isə ANS-də Röyanı tənqid edən süjet yayımlanmışdı.

Комментариев нет:
Отправить комментарий