понедельник, 20 апреля 2015 г.

"Hələ ki, adını açıqlamaq istəmirəm"

Müğənni Elvin Abdullayev yeniliklərindən danışıb. 
Axşam.az-ın məlumatına görə, sənətçi “Onlar”a açıqlamasında xalq artisti üçün mahnı bəstələdiyini deyib: 
“Müğənnilik sevdiyim sənətdir. Bu peşəyə hörmət edirəm. Bəstəkarlığı da musiqiyə, incəsənətə olan sevgimdən edirəm. Yaxşı mahnılarım var. İndiyədək bəstələrimi Emil Bədəlov, Günay İbrahimli kimi müğənnilər oxuyub. Bu dəfə xalq artistlərimizdən birinə mahnı yazmışam. Hələ ki, adını açıqlamaq istəmirəm. Sözlərini özü təklif edib. Sənətdə hər zaman partlayış edən bir ifaçıdır”.


Комментариев нет: