вторник, 21 апреля 2015 г.

“İndiki ağlım olsaydı, 30 yaşımda ərə gedərdim”

Meyxanaçı Samirə Yusifqızı “Günəbaxan” verilişində erkən nikahlar haqda danışıb. 
Axşam.az-ın məlumatına görə, ifaçı gənclərə 30 yaşdan sonra ailə qurmağı məsləhət görüb: 
“19 yaşımda ailə qurmuşam. Mənim həyat yoldaşım özümdən 22 yaş böyük olub. Məni məcbur ərə verməyiblər. Biz bir-birimizi sevib ailə qurmuşduq. Amma indiki ağlım olsaydı, 30 yaşımda ərə gedərdim. Çünki istər kişi, istər qadın 30-dan sonra ailə qədrini bilirlər. Həmin yaş dövrünə qədər gənclər sanki göylərdə uçurlar. Hamısı elə bilir ki, evlənmək yuxa arasında halva kimi bir şeydir”.

Комментариев нет: