понедельник, 13 апреля 2015 г.

Məşhur müğənni reanimasiyaya düşdü

Tanınmış türk müğənnisi xəstəxanaya yerləşdirilib. ANS PRESS-in məlumatına görə, mədə kiçiltmə əməliyyatı etdirən və ilk həftədə 10 kq arıqlayan Fatih Ürəkin halı pisləşib.
Ürək sadəcə maye ilə qidalandığı üçün immuniteti zəifləyib. Nəticədə qripə yoluxan müğənninin orqanizmində ciddi problem yarnıb. O reanimasiyaya yerləşdirilib.
Qeyd edək ki, müğənni 98 kq çəkisindən naraat olduğu üçün əməliyyata razılaşıb. Əməliyyatdan sonrakı bir həftədə o 88 kq-a kimi düşə bilib.
Açıqlama verən müğənninin meneceri onun özünü indi daha yaxşı hiss etdiyini deyib.

Комментариев нет: