понедельник, 13 апреля 2015 г.

"Nadir heç vaxt Elzaya qarşı bunu etməz"

Milli.Az xəbər verir ki, "A-dan Z-yə" şousunun növbəti qonağı bəstəkar-müğənni, əməkdar artist Elza Seyidcahan olub. ANS TV-də Zaur Nəbioğlunun təqdimatında yayımlanan verilişdə bir müddət əvvəl elə sözügedən verilişdə Nadir Qafarzadənin Elza Seyidcahanın yazdığı şeirler barədə dediyi fikirlərə cavab gəldi. Elza Seyidcahan özünə şair yox, cızma-qaraçı adını verib və bu adı özünə bəzi şeir yaza bilməyənləri utandırmaq üçün verdiyini bildirib.
"Nadir heç vaxt məni məsxərəyə qoymaz və əminəm ki, kimsə də mənim yazdığım şeirlərə lağ etsə, Nadir onların cavabını verər. Çünki o, keçmişi unudan insan deyil. Özü də etiraf edib ki, onun bu sənətdə olmağına səbəbkar olanlardan biri mənəm. Demirəm, Nadirin müəllimiyəm, amma onun üstündə zəhmətim var.
Nadir mənim güvəndiyim insanlardan biridir və onun dediyi sözləri bəzən səhv başa düşürlər, amma o kimə də lağ etsə, heç vaxt Elzaya qarşı bunu etməz".
Xatırladaq ki, A-dan Z-yə verilişində qonaq olan Nadir Qafarzadə bildirmişdi ki: "Mən ancaq Elza Seyidcahanın şeirlərini oxuyuram. Çox gözəl şeirlər yazır".
Bu açıqlamasının ardınca isə Elzanı bəzi ölməz şair və yazıçılarla müqayisə edib üzünə maraqlı mimika verərək dediklərinin məqsədini bu jesti ilə tamaşaçılara çatdırmışdı. O buraxılışda digər qonaq olan meyxanaçı Namiq Qaraçuxurlu isə Elzanın şeirlərinin mənalı olduğunu bildirib. "Sadəcə olaraq onun yazdığı şeirləri şoulaşdırırlar. Amma diqqətlə oxusanız, şeirlərdə çox mənalı misralar var", - deyə meyxanaçı bildirmişdi.

Комментариев нет: