Məşhur rejissor Rövşən İsax “Region TV”də yayımlanan “Sevgi Nağılı” verilişində şəxsi həyatı ilə bağlı maraqlı açıqlamalar verib.
Verilişə həyat yoldaşı birlikdə qatılan, sevgi hekayələrini tamaşçılarla bölüşən tanınmış rejissor, övladlarının sənət seçimi ilə bağlı bunları söyləyib: “Bizim 3 övladımız - 2 qızımız, 1 oğlumuz var. Oğlum idmana həvəslidir, böyük qızım elmə, kiçik qızım isə incəsənətə meylllidir. Oğlum istəsə, "yox" demərəm, amma qızımın incəsənətdə olmağını istəmirəm. Mən kişi xeylağıyam. Bu işləri bilirəm. Həddindən artıq çətin sənətdir, övladıma qıymıram. Qızımı başqa sənətə yönləndirəcəm, o, bunu hiss edə bilməyəcək”
Комментариев нет:
Отправить комментарий