вторник, 21 апреля 2015 г.

Səyahətin ən "gözəl" anı: Vəhşi heyvanla üz-üzə qaldılar - VİDEO

Səhralıqdakı gəzintiyə çıxan turistlər bir anda yırtıcıların arasında qaldı.

İzləyənləri dəhşətə gətirən bu görüntülər Keniyanın Masami Mara milli qoruğunda lentə alınıb.  Qoruqdakı hepardların ispaniyalı turistlərə məxsus avtomobilin üstünə dırmaşması ortaya bu görüntüləri çıxarıb.

27 yaşlı Klara Vela, Matiola Liberal və Xorxe Alesanko bu qoruğa gələndə hepardların onlara bu qədər maraq göstərəcəyindən xəbərsiz olub. Pəncərələri, hətta üst hissəsi belə açıq olan avtomobili görən yırtıcılar dərhal maşına doğru qaçaraq içində turistlər olan avtomobilin üstünə dırmaşıb. Turistlər əvvəl vəhşi heyvanların qəfil hücumundan qorxsalar da, sonradan onların kifayət qədər sakit davranmasından cəsarətləniblər.

Fürsətdən istifadə edən Klara hepardlarla bir neçə selfi çəkdirib ki, indi bu selfilər ona beynəlxalq müsabiqədə mükafat da qazandıra bilər. Qeyd edək ki, hepardlar dünyanın ən sürətlə qaçan canlısıdır. Odur ki, bu yırtıcıdan qaçmaq belə  hərdən məntiqsiz görünə bilər. Bununla belə, bu yırtıcıların sümükləri həddən artıq incə olduğundan, onlar çox vaxt qızğın döyüşlərdən və riskli hücumlardan çəkinir. Daha çox ceyran-cüyür ovlamaqla qidalanan hepardlar üçün insan əti o qədər də ənənəvi qida məhsulu deyil.


Комментариев нет: