Hər zaman fərqli layihələrə imza atan Xumar Qədimova növbəti möhtəşəm işini yekunlaşdırmaq üzrədir.
Axşam.az-ın məlumatına görə, sənətçi "Əl-ələ tut gedək" adlı əsər hazırlayıb.
Kompozisiyanın sözləri tanınmış şairə, filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyevaya, musiqisi X.Qədimovanın özünə aiddir. X.Qədimovanı Əvəz Muradovun rəhbərliyi altında fəaliyyət göstərən orkestr müşayiət edib.
Əsərdə xalq artistləri Alim Qasımov, Nurəddin Mehdixanlı, ifaçı Novruz Savalan da yer alıb. İnstrumental ifa isə Hikmət Aslanova məxsusdur. Kompozisiyaya qısametrajlı film hazırlanıb.
X.Qədimova bir müddət əvvəl vəd etdiyi layihənin, nəhayət, işıq üzü görəcəyini açıqlayıb:
"Möhtəşəm bir əsər gəlir. Bu işin ərsəyə gəlməsi üçün böyük komanda çalışıb. Ekran işində obrazlarımdan biri Dərvişdir. Hamı hazır olsun. Demək olar ki, indiyədək bu cür layihəyə rast gəlinməyib. Yaxın günlərdə təqdim edəcəyəm".
Комментариев нет:
Отправить комментарий