Xalq artisti Məleykə Əsədova xanımlara sağlamlıqla bağlı məsləhətlər verib.
Axşam.az-ın məlumatına görə, “Yeri gəlmişkən” verilişinə qonaq olan aktrisa alma və balqabaq şirəsi içdiyini deyib:
“25 ildir hər gün səhər balqabaq və alma şirəsi içirəm. Özü də tərəvəzi şirəçəkəndən keçirən kimi 1 dəqiqə belə saxlamaq olmaz. Bu şirə sağlamlıq üçün çox xeyirlidir. Yeməkləri ancaq zeytun yağında bişirirəm. Səhər mütləq az miqdarda kərə yağı yeyilməlidir. Adi idmandansa, hovuzda aerobika faydalıdır. Bunlar sağlam həyat tərzi üçün önəmlidir”.
Комментариев нет:
Отправить комментарий