вторник, 7 апреля 2015 г.

Alp dağlarında inanılmaz dünya rekordu - video


Sürüşərək avtomobillərdən daha çox sürət topladı.
Son günlərdə 150 nəfərin ölümü ilə nəticələnən təyyarə qəzası xəbəri ilə gündəmdən düşməyən Fransanın Alp dağları, inanılmaz dünya rekorduna səhnə olub. Xizəkçi Simone Oriqone sürüşərək  saatda 252 kilometr sürətlə hərəkət edib.
Rekord cəhdi gerçəkləşən vaxt başlayan külək az qala Simonenin ümidlərini gözündə qoyacaqdı. Küləyə görə, o nəzərdə tutduğundan  25 metr daha aşağıdan start götürməli olub.  Buna baxmayaraq  35 yaşlı xizəkçi ona bəslənən ümidləri tam doğruldub. Qar üzərində  252 km/saat sürət yığmaqla havada döyüş təyyarəsi səsi yaradan Simone, finiş xəttinə yeni dünya rekordu ilə çatıb.
Simone bu sahədə rəqib tanımır. Təsadüfi deyil ki, bu vaxta qədər qar üzərində xizəklə 2 dəfə rekord vuran da məhz Simone Oriqone idi.  Onun son rekord sürəti dəbilqəsinə yerləşdirilən  cihazla ölçülmüşdü.
Alp dağlarının Fransaya düşən hissəsi həmin gün başqa dünya rekorduna da səhnə olub.  Fransalı Edmond Plavçik, Simonedən fərqli olaraq xizəklə yox, snoubordla tarix yazıb. O, sürətinə görə italiyalı xizəkçidən geri qalsa da, snoubordla saatda  203 km sürətlə hərəkət edən ilk insan kimi tarixə düşüb.

Комментариев нет: