четверг, 16 апреля 2015 г.

Anar Məmmədxanovun kitablarının təqdimatı olacaq

Aprelin 18-də Beynəlxalq Muğam Mərkəzində mərhum millət vəkili, Bakı Şən və Hazırcavablar Klubunun prezidenti Anar Məmmədxanovun 3 kitabının təqdimatı olacaq. 
Axşam.az-ın məlumatına görə, layihənin rəhbəri müəllifin həyat yoldaşı İradə Məmmədxanovadır. Nəşrlərin baş redaktoru əməkdar jurnalist, millət vəkili Elmira Axundova, tərtibatçısı müəllifin bacısı, professor Nailə Məmmədxanovadır. 
A.Məmmədxanovun məqalələri, esseləri və açıq məktubları toplanmış ilk kitabı olan “Бытъ самим собой” (“Öz-özünlə olmaq”) 2014-cü ilin iyulunda işıq üzü görüb. 
2015-ci ildə nəşr olunan ikinci kitab “Ни о чем не жалею”da (“Heç nəyə təəssüflənmirəm”) 1995-ci ildən 2011-ə qədər müxtəlif mətbu orqanlarda A.Məmmədxanovla aparılmış müsahibələr əks olunub.
Üçüncü “Özünə sadiqlik” kitabı isə müəllifin “Бытъ самим собой” kitabının Azərbaycan dilinə tərcüməsidir.

 

Комментариев нет: