пятница, 10 апреля 2015 г.

Azərbaycanlı iştirakçının yalanı üzə çıxdı - Video

TV8-də yayımlanan "İşte benim stilim" dəb yarışmasında azərbaycanlı model Sima Şərəffətdinova ilə bağlı maraqlı hadisə baş verib.

Axşam.az-ın məlumatına görə, münsiflərdə oturan modelyer Nur Yerlitaş həmyerlimizdən boyunun nə qədər olduğunu soruşub. Simanın "172 santimetr" deməsi isə münsiflərə inandırıcı gəlmədiyi üçün studiyada bunu aydınlaşdırmağa çalışıblar. 

Məlum olub ki, S.Şərəffətdinovanın boy uzunluğu dediyindən qısadır. Lakin digər münsiflər Kemal Doğulu və İvana Sert bunu zarafata salıblar.

Qeyd edək ki, 17 yaşlı S.Şərəfəttinova "Best Model of Azerbaijan"ın birincisidir


Комментариев нет: