вторник, 7 апреля 2015 г.

Belə gözəl yer yoxdur - VİDEO



Lalə çölləri, zambaq bağçaları, gilas ağacları, yamyaşıl çəmənlər və s. Baharda təbiət bir başqa gözəl olur.  Bəs yazın gözəlliyini görmək. Hiss etmək üçün hara getmək lazımdır? Təbii ki, təbiət qoynuna. Doğrudur Azərbaycanda də baharda gəzməli görməli yerlər var. Amma bu dəfə sizə yazda təbiətin gözəlliklərini görmək üçün Avropanın ən maraqlı məkanlarını təqdim edirik.

Kökenhof parkı. Avropa bağı kimi də tanınan dünya üzrə ən iri çiçək bağı olan bu park Niderlandın Lisse şəhərinin yaxınlığında yerləşir. Parkın rəsmi vebsaytının məlumatına görə, 32 hektar ərazini əhatə edən parkda hər il təxminən 7 milyon gül soğanaqları əkilir. Kökenhofda dünyanın ən böyük lalə, zambaq baxçaları var. Park hər il martın ortalarından mayın ortalarına qədər ziyarətçilərin üzünə açıqdır.

Əgər yazda unuda bilməyəcəyiniz qeyri-adi səyahət arzulayırsınızsa sizə çox yaxşı təklifimiz var. Belçikanın Hallerbos meşəsi. Bura sizə nağıllardan canlandırılmış bir səhnə kimi gələcək. Kökenhofun əsas rəqibi olan bu meşədə aprel ayından yabanı bənövşələr açılır. 552 hektar ərazini əhatə edən Hallerbos meşəsi yazda sanki bənövşəyi xalıya bürünür. Gözəl mənzərə may ayına qədər davam edir.
3-cü pillədə İspaniyanın Kа́sеrеs şəhəri qərarlaşıb. Şəhər Madriddən 300 kilometr uzaqlıqda yerləşir. Orta əsrlərin izlərini ən yaxşı saxlayan şəhər hesab olunan Kaseres mart ayının ortasından çiçək açan gilas ağacları ilə məşhurdur. Bu gözəlliyi gormək üçün cəmi iki həftə vaxtınız var.

Dünyaya görkəmli təsviri incəsənət nümayəndələri bəxş etmiş və intibahın vətəni sayılan İtaliyanın Florensiya şəhəri. Aprel ayından Avropanın mədəniyyət paytaxtı sayılan Florensiya turistlərlə dolu olur.  Şəhər, içindən keçən  А́rnо çayı ətrafında qurulub və İtaliya və Avropanın əhəmiyyətli ticarət mərkəzlərindən biri hesab olunur.

Və sonda Fransada çox səyahət edilən şəhərlərdən biri olan Nis şəhəri. Bu şəhər hər zaman gözəldir. Amma martın sonu, aprelin əvəlli ən gözəl vaxtdır.  Nis soyuq şimal küləklərindən qoruyan dəniz sahili Alp dağları ilə əhatə olunan Mələklər buxtasının sahilində yerləşir. Nisdə keçirilən məşhur "Karnaval", cazz festivalı kimi çoxsaylı festivallar onu dünyanın qabaqcıl kurortlarından birinə çevirib.

Комментариев нет: