Region TV-də yayımlanan "Ferma" realiti-şousuna gəldiyi gündən qızların sevimlisinə çevrilən, iki rəfiqəni bir-birinə düşmən edən, qızlar arasında qalmaqal yaradan Nurlan Mirzəyev əslində olduqca sakit iştirakçıdır. Hələ də kimi sevdiyini təyin edə bilməyən Nurlan bu barədə "Ferma"nı tərk etdikdən sonra danışdı.
- Nurlan, artıq neçə aydır ki, "Ferma"nın köhnə sakinlərindən biri idin. Amma ferma həyatı sənin üçün bitdi...
- Getdim, çünki darıxırdım. Ailəm, dostlarım, ən çox da qardaşım üçün.
- Bəs "Ferma"da qoyub getdiyin sevgilin üçün darıxmayacaqsan?
- Darıxacağam. Amma bu son deyil ki… Təhniyyə fermadan çıxanda onunla həyatda da görüşüb münasibətlərimizə davam edəcəyik.
- Nara və Tata… iki rəfiqə və hazırda iki düşmən...
- Nara mənə qarşı "Ferma"da böyük səhvlər etdi. Ona görə onunla münasibətim bitdi. Həyatda da onunla münasibətim bitib. Amma Təhniyyəni ilk gördüyüm gündən xoşum gəlib. Heç bilmirəm, Narayla necə oldu münasibətimiz yarandı. Əslində, Tatanı istəyirdim.
- "Ferma"da nə qazandın?
- Evdə çox gec yuxudan qalxırdım. Tənbəl idim. "Ferma"da sağlam həyat tərzini öyrəndim. "Ferma" şousu məni zəhmətkeş, qənaətcil bir insana çevirdi. Ümid edirəm, evdə də bu həyatım belə davam edəcək. Hər şey qaydasına düşəcək.
- "Ferma"nın sağıcı qızı Nərmin də sənə vurulmuşdu...
- Yox, mən heç vaxt Nərminə sevgili gözü ilə baxmamışam. Düzdür, o, "Ferma"da ən çox işləyən, əziyyət çəkən iştirakçı olub. Buna görə ona həmişə yazığım gəlib, qayğısına qalmışam. Yəqin, o da bu qayğını səhv anlayıb. Amma onunla aramızda heç vaxt sevgi münasibətindən söhbət gedə bilməz.
- Niyə Təhniyyəni qorumursan? Onunla iştirakçılar arasında kobud danışırsan?
- Mən təbiətcə sakit adamam. Adətən susmağım da bununla bağlıdır. Təhniyyə məni əsəbləşdirir, Ona görə onunla kobud danışıram. Amma "Ferma"da başqa səhvim olmayıb.
- Bəs qıza əl qaldırmaq, onu təhqir etmək səhv deyil?
- Səhvdir... amma görün məni hansı həddə çatdırıb ki, mən onu təhqir edib vurmuşam.
- Niyə sən xəstə olanda Təhniyyə yox, Həmidə sənə qulluq edirdi?
- Çünki Tata bir işi görəndə deyinir. Ürəkdən etmir, ona görə heç ondan nəsə xahiş etmədim də.
- Amma sən xəstə olanda Təhniyyə çox narahat idi və ağlayırdı.
- Yadımda deyil. Mən Təhniyyəyə də demişəm ki, biz həyatda sevgili olsaq belə, sonda evlənməyəcəyik.
- Niyə?
- Çünki nə Təhniyyə, nə Nara mənim evlənmək istədiyim xanım deyillər.
Комментариев нет:
Отправить комментарий