Rusiyanın erməni əsilli şəxslər tərəfindən yaradılmış və idarə olunan Comedy Club Production şirkətinin “Comedy Woman” truppasının mayın 23-də Bakıda keçirilməsi nəzərdə tutulan konserti ləğv edilib.
Axşam.az Oxu.Az-a istinadən xəbər verir ki, hazırda Facebook sosial şəbəkəsində konsertə həsr olunmuş xüsusi səhifə işləmir.
Təşkilatçı qismində çıxış edən 33 Event şirkəti isə “Comedy Woman”-ın Bakı konsertinə aid bütün afişaları öz Facebook səhifəsindən yığışdırıb.
Bundan başqa, bir müddət əvvəl həmin konsertə bilet satan saytlara daxil olarkən, həmin səhifə açılmır və saytın əsas səhifəsinə qayıdır.
Məsələ ilə bağlı əlaqə saxladığımız digər mənbələr də konsertin ləğv olunduğunu təsdiqlədilər.
Qeyd edək ki, erməni truppası “Comedy Woman”-ın Bakı konsertinin keçirilməsinə “Planeta Parni iz Baku” teatrının rəhbəri Tahir İmanov etiraz etmişdi.
Комментариев нет:
Отправить комментарий