Türkiyəli klarnet ifaçısı Hüsnü Şənləndirici müğənni İradə İbrahimovanın repertuarında yer alan "Neyləyək, alınmadı" mahnısını səsləndirib.
Axşam.az-ın məlumatına görə, H.Şənləndirici gecə klubunda bəstəni klarnetdə ifa edərkən, dicey Fateh onu videoya çəkib.
“Mahnı səsləndiyi zaman zalda hamı susdu və onu dinləməyə başladı. Öyrəndim ki, Hüsnü bu kompazisiyanı çox sevir və hər konsertində səsləndirir. Şənləndiricinin həmin gecə ən çox alqış toplayan ifası bu mahnı oldu".
Qeyd edək ki, "Neyləyək, alınmadı"nın müəllif bəstəkar Vaqif Gərayzadədir.
Комментариев нет:
Отправить комментарий