вторник, 7 апреля 2015 г.

İbrahim Tatlısəs yeriyə bilməsə...



Mayamidə beyin əməliyyatı keçirən müğənni İbrahim Tatlısəs maraqlı açıqlamalar verib.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, sənətçi yeriyə bilməsə, xəstəxanadan təzminat alacağını deyib:
“Həkimlər hər şeyin yaxşı olacağını bildiriblər. Müqavilə imzalamışam. Buradan 21 gün sonra yeriyərək çıxacam. Əgər yeriyə bilməsəm, mənə təzminat ödəyəcəklər. Hazırda əlillər üçün nəzərdə tutulmuş arabada xəstəxananın həyətində gəzirəm. Hələ 13 günümüz qalıb”.
İ.Tatlısəs əməliyyatdan sonra səsinin düzəldiyini və Türkiyəyə qayıdan kimi albom çıxaracağını da sözlərinə əlavə edib.

Комментариев нет: