суббота, 11 апреля 2015 г.

İlkin Həsənidən sevgili etirafı: "Fransa tək gediləsi ölkə deyil"

İlkin Həsəni “Gündəlik”də etiraf edib.
Gecce.az  xəbər verir ki, son zamanlar şəxsi həyatı ilə gündəmi ələ alan İlkin Mətanət Əliverdiyevanın sual atəşinə tuş gəlib. Şəxsi həyatında dəyişiklik olduğunu təkzib etməyən teleaparıcı hələ toy barədə danışmaq üçün tez olduğunu söyləyib.

“Əvvəllər şəxsi həyat barədə danışmazdılar. Münasibət gizli yolla baş verərdi. Aylar keçdikdən sonra kimlərsə xəbər tutardı. Amma indi Facebook-da hər şey agah olur. Hər kəs dost-tanışlarına bildirmək istəyir ki, şəxsi həyatımda dəyişikliklər var. Bu nə toydur, nə də nişan.

Bu hadisənin üstündən yarım saat keçməmiş bütün xəbər portalları xəbər tutdu. Bu olay aləmə yayıldı. Həmin xanımı tanımırsız. Düşünüldüyü kimi, ATV kanalında çalışmır. Şəxsi həyatım adından da göründüyü kimi şəxsidir. Bu barədə çox danışmaq istəmirəm“.
Teleaparıcı sevdiyi xanımla istirahət planları qurur. İnstagram hesabında arzusunu üstüörtülü dilə gətirən İlkin canlı efirdə də etiraf etməkdən çəkinməyib.
 
"Bu şərhi paylaşanda tam da onu nəzərdə tuturdum. Fransa tək gediləsi ölkə deyil".

Комментариев нет: