Əməkdar artist Elşən Cəbrayılov "Düzünü desək" verilişində qonaq olub.
ATV.az məlumat verir ki, aktyor öz ingilis dili müəllimi ilə evləndiyini bildirib:
"İngilis dili müəllimimi ilk dəfə görəndə aşiq oldum. Gözümün qabağına özüm bəy paltarında, o da gəlinlikdə gəldi. Hiss etdim ki, bizim toyumuz olacaq. Sonra dərslərimi oxumadım. O da mənə dedi ki, Elşən müəllim, bir də dərsi oxumasan gəlmə. Mən də dedim ki, baş üstə. Məktub yazıb, kitabının arasına qoydum. 2 ay depressiyaya düşdüm. Anamı qıza elçiliyə göndərdim. Onun valideyni ilə danışdı, beləcə münasibət yarandı. 33 yaşımda ailə qurdum. İndi 38 yaşım var, xoşbəxtik, 2 övladımız dünyaya gəlib”.
Комментариев нет:
Отправить комментарий