понедельник, 6 апреля 2015 г.

Kişilərin aşağıdan-yuxarı baxdığı dünyanın ən uzun qadını Video

Xanımların əksəriyyəti cazibədar görünmək üçün uzun boylu olmaq  istəyir.

Amma yəqin ki, heç kəs dünyanın ən hündür model qızı hesab olunan Erika Ervinin yerində olmaq istəməz. 2 metr 3 santimetr boyu olan Erika dünyanın ən hündür modeli adına layiq görülərək Ginnesin Rekordlar kitabına da adını yazdırmağı bacarıb.

Kaliforniya ştatında dünyaya gələn Erikanın hazırda 35 yaşı var. Boy harmonlarında balans olmadığından oтnun boyu 14 yaşından sürətlə uzanmağa başlayıb. Hətta o dərəcədə uzanıb ki, Erika yuxarı sinifdə oxuyan uşaqlara belə yuxarıdan aşağı baxmaq məcburiyyətində qalırdı.

Lakin bütün bu çətinliklərə baxmayaraq, həyat ona başqa tərəfdən gülür. Jurnallardan birinin ona model kimi fəalliyyət göstərmək təklifi Erikanın həyatını dəyişir. Hətta Hollivud rejissorlarının da marağına səbəb olan 35 yaşlı Erika bir sıra filmlərdə də rol alıb.

Bir vaxtlar boyuna görə kompleks yaşayan Erika Ervin indi özünü dünyanın ən xoşbəxt qadınlarından hesab edir.

 

Комментариев нет: