вторник, 7 апреля 2015 г.

"Mən çox qəlbi kövrəyəm" - Rəqsanə


Müğənni Rəqsanə İsmayılova maraqlı açıqlaması ilə gündəmə gəlib.
ATV.az-a açıqlama verən ifaçı hər zaman özündən böyüklərə hörmət qoyduğunu bildirib. Lakin ifaçı bildirib ki,  bu susqunluğdan sui-istifadə edənlər Rəqsanənin qəzəbindən də qurtara bilməyəcəklər:
"Mən çox qəlbi kövrəyəm. Çox xeyirxah addımlar atan insanam. Daha qalmaqala cavab verən deyiləm. Mən heç kəsi incitmərəm. Böyüklərə qarşı hörmət edən insanam. Məndən yaşca böyük haqqımda pis də danışsa, üstündən keçirəm. Bir insan da olub ki, mənim haqqımda dəfələrlə danışıb, mən onu bağışlamışam. Amma o insan susmursa, mən niyə susmalıyam? Danışmadıqca bu susqunluqdan istifadə edirlər. Hətta deyirlər ki, guya məni reklam edirlər? Axı mənim onların reklamına nə ehtiyacım var?".

Комментариев нет: