Müğənni Nadir Qafarzadə "Düzünü desək" verilişində qonaq olub.
Müğənninin qadınlar barədə səsləndirdiyi fikir müzakirə edilib: "Acığa ailə qurmaq mənə şəxsən müəmmalı gəlir. Mən 22 il öncə ailə qurmuşam, hansı ki, o vaxt şou-biznes yox idi. O zaman oxuyurdum, amma peşəkar səhnədə deyildim. Ailə quranda düşünməmişəm ki, qoy görsünlər ki, mənim də arvadım, uşaqlarımı hər kəs görsün, bilsinlər evliyəm. Belə şeylər yəqin indi dəb düşüb. Belə ailələrin də sonu olmur. Bir il uşaq olur, daha sonra boşanmaya səbəb olur. Uşaq olandan sonra qadın kişiyə deyir ki, götür pəncəyini, get. Xanımlar var ki, artıq həyatlarını başqa cür qurub başqa həyat tərzi keçirirlər".
Комментариев нет:
Отправить комментарий