понедельник, 6 апреля 2015 г.

"Nə qədər daş atsalar da, qayıdıb öz başlarına dəyir" - Təranə Qumral




Bu gün "Güz üzü"ndə müğənnilər arasındakı qalmaqaldan söhbət açılıb. ATV.az məlumat verir ki, verilişin qonaqları ifaçılar Təranə Qumral, Musa Musayev, Əli Mirəliyev və jurnalist Əfruzə Ağayeva olub. Veriliş zamanı qalmaqalı yaradan tərəflərdən, qalmaqala səbəb olan vasitələrdən danışılıb.  

Müğənni Təranə Qumral aparıcı İlqar Mikayıloğlunun "İfaçılar niyə qalmaqalla gündəmə gəlir" sualına ifaçı belə cavab verib: 

"Müğənnidir də, biri çirkin olur, biri gözəl olur. Eləsi olur üz-gözünü doğrayır, dodağını şişirdir ki, gözəlləşsin, belə gündəmə gəlsin...  Qalmaqallara isə səbəb paxıllıqdır. Nə qədər daş atsalar da, qayıdıb öz başlarına dəyir. Mən çalışıram cavab verməyim, onlara qoşulmayım. Çalışırlar ki, özlərini mənə bənzətsinlər, amma alınmayacaq. Ayaqqabımı geyə bilərlər... Yox, heç ayaqqabımı da geyə bilməzlər. Çünki mənim ayaq ölçüm 37-dir, onlarda isə 44. Kişi ölçülü ayaqqabılar geyirlər. Və ya 55 yaşında ailə quranlar var, istəyirlər ki, özlərini toparlayıb, bizə bənzəsinlər. Amma dağılan civəni yığmaq olmaz".

Musa Musayev də açıqlamasında bildirib ki, onun içkidən əl çəkməsinə səbəb Təranə Qumralın ona şərt qoyması olub. Ailəsini seçən, dini ziyarətlərə gedib qayıdan ifaçı içkiyə tövbə etdiyini açıqlayıb: "Mən buna görə Təranə xanıma, həyatıma minnətdaram. İçkidən əl çəkmişəm, tövbə etmişəm". 


 

Комментариев нет: