Türkiyənin Mersin şəhərində tələbə Özgəcan Aslanı qətlə yetirməkdə təqsirləndirilən 3 nəfər üçün məhkəmədə iddia irəli sürülüb.
Axşam.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, 11 fevralda itən və iki gün sonra yandırılmış meyidi tapılan Ö.Aslanın ölümü ilə bağlı aparılan araşdırma yekunlaşıb.
Hazırlanan iddianamədə avtobusun sürücüsü 26 yaşl Ahmet Suphi Altındiken, 50 yaşlı atası Necmettin Altındikən və yaxın dostu 26 yaşlı Fatih Gökçenin çətin şəraitdə ömürlük həbs cəzası etmələri istənilir.
Məhkəmənin iddianaməni qəbul edib etməməsi 15 gün ərzində məlum olacaq.
Qeyd edək ki, Çağ Universitetinin tələbəsi olan Özgəcan Aslanın evə getmək üçün mindiyi kiçik avtobusda qaçırıldıqdan sonra kimsəsiz yerə aparılaraq təcavüz edilib. Daha sonra isə izin itirilməsi üçün isə cəsədi yandırılıb. Bu hdisə Türkiyənin başlıca sosial problemlərindən biri olan ailə daxili zorakılıq və qadın şiddəti məsələlərini yenidən gündəmə gətirib və sosial aktivistlər dövlətin bu sahədə daha radikal qərarlar qəbul etməsini tələb edib.
Комментариев нет:
Отправить комментарий