четверг, 16 апреля 2015 г.

“Qaraca qız”ın Xədicəsi: “Filmə baxanda ağlayıram”

“Qaraca qız” filminin Xədicəsi Leyli Axundova “5/5” verilişinin qonağı olub.
Axşam.az-ın məlumatına görə, aktrisa fəaliyyətinə davam etməməsindən, hazırki həyatından danışıb:
“Atam icazə vermirdi ki, qız aktrisa olmaz. Deyirdi, kinoya çəkilmək çətin işdir. Vəzifədə çalışıb, ailəsi də varlı idi. Bircə filmdə rol aldım. Moskvanın ən tanınmış kinostudiyası məni imtahansız işə götürürdü. Sonra ailə qurdum. Həyat yoldaşım da sənəti davam etdirməyə icazə vermədi. İndi iki qızım, nəvələrim var. Hər dəfə o filmə baxanda ağlayıram. Ona görə də çalışıram efirdə veriləndə izləməyim. O vaxt 7 yaşım var idi. Hər şeyi xatırlayıram. Heç vaxt məşhurlaşmaq iddiasında olmamışam. Fəxr edirəm ki, bir ekran işində rol almışam və hələ də tanınıram”.
Filmdəki Qaraca qız – Sevil Zeynalovadan söz açan L.Axundova “Əvvəl əlaqəmiz var idi. Uzun müddətdir danışmırıq. Onun qızı və qudası ilə bir yerdə işləyirəm” deyə, bildirib.
 
 

 

 

 

Комментариев нет: