среда, 22 апреля 2015 г.

Teleaparıcı Vüsalə: "Oğullarını "mamauşağı" kimi böyüdürlər"

Aparıcı Vüsalə Əlizadə “Gün üzü” verilişinin qonağı olub. Axşam.az-ın məlumatına görə, o, ana-oğul və gəlin münasibətlərindən bəhs edib:
“Ailə qapalı qazandır. Kənardan baxanda başqa cür görünür. O evə daxil olanda ailənin iç dünyasını görürsən. Elə ailələr tanıyıram ki, ana yetkinlik yaşına çatmış oğluna hörmət qoymur. Valideynlər oğullarını "mamauşağı" kimi böyüdürlər. Oğul evlənəndə ana narahat olmağa başlayır. "Gəlin gəldi, oğlum onu sevdi, məni çox istəməyəcək" deyib, dava salır. Ana oğlunu həyat yoldaşının yanında pərt edir. Valideynin övlada qısqanclığı ailədə söz-söhbət yaradır. Gəlin ata evinə gedəndə qaynana dava salır. Gərək qaynana üçün böyük bir icazə "ərizəsi" yazasan, razılıq alasan. Axı gəlinin də anası var, onu görmək istəyir".

Комментариев нет: