среда, 22 апреля 2015 г.

Xalq artisti: "Axşam deyirəm ki, sabah "fors eləyim", səhər oyananda yadımdan çıxır" - Video

“Ağız, ağəz” ifadələri ilə danışırlar. Biz nümunə olmalıyıq”.

Xalq artisti, müğənni Flora Kərimova “Region TV”də yayımlanan “Şou məkan” verilişinə eksklüziv açıqlamalar verib.

Tanınmış sənətkarımız bunları söyləyib: “Bir an da olsun, özümü bu millətdən üstün tutmamışam. Bəzi şeylər, istəsəm də, alınmır. Axşam deyirəm ki, sabah “fors eləyim”, səhər oyananda yadımdan çıxır. Bir o, bir də dodaq boyası - 2 şey yadımdan çıxır həmişə”.

Sevilən müğənni səhnədə, efirdə düzgün hərəkət etməyənlərə də iradını bildirib: “Şəhnədə çox şeyi etmək olmaz. Və o olmazlar qadını tərbiyə etməlidir. Səhnədə düzgün hərəkət etməyən o qədər ad sadalayaram ki, qoyub qaçarsınız. Qadın qadın olmalıdır. Yaradılışdan da asılıdır. Bəziləri də səhnəyə çıxanda mədəni görünür, həyatda “ağız, ağəz” ifadələri ilə danışırlar. Hər birimiz başa düşməliyik ki, biz nümunəyik”.

Sənətçi yeni yaradıcılıq işlərindən də danışıb.

фото

Комментариев нет: