суббота, 18 апреля 2015 г.

"Xanəndə estrada mahnısı oxumaz" - əməkdar artist

 
Əməkdar artist Abbas Bağırov muğam ifaçılarından bəhs edib.
Axşam.az-ın məlumatına görə, "Bir gün" verilişinə qonaq olan müğənni onları qınayıb:
"Muğam ifaçısının estrada mahnısı oxumasını qəbul etmirəm. Xanəndə gözəl dəsgahlar səsləndirməlidir. Onun estrada mahnısı ifa etməsi xoş ab-hava yaratmır".
A.Bağırov həmkarlarını da tənqid edib:
"Toya gəlirlər eyni mahnını oxuyurlar. Çıxıb ancaq "Toyun mübarək olsun" səsləndirirlər. Adını müğənni qoyub, mahnı bazası yoxudr. Bu sənətdə Məmmədbağır Bağırzadə qədər zəngin repertuarı olan görmədim".

Комментариев нет: