Bir neçə gün sonra 5-ci mövsümünə başlayacaq "Game of Thrones" ("Taxt oyunları") serialının ulduzu Emilia Klark "Vogue" jurnalının üz qabığına çıxıb.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, jurnalın may ayı üçün fotosessiya edən aktrisa müsahibə zamanı "Xalessi" rolunu çox sevdiyini deyib. 28 yaşlı "Deaneris Tarqanyen" atası ilə bağlı maraqlı məlumatı paylaşıb:
"Atama aktrisa olmaq istədiyimi deyəndə mənə tək bir şey dedi: "Yanında da kartof qızartması istəyirsən?" Serialın ssenarisini oxuduqdan sonra ona xəbərdarlıq etdim ki, ilk beş seriyanı əsla izləməsin".
Daha sonra da atasının serialı izləməsinə müxtəlif yollarla mane olan aktrisa bunu çəkildiyi hər rol üçün etmir.
Qeyd edək ki, Klark həm də bu il təqdim olunacaq "Terminator Genezis"də Sarah Konnor rolunu canlandıracaq.
Комментариев нет:
Отправить комментарий