четверг, 9 апреля 2015 г.

Azərbaycanlı reperin ata və anasına müraciəti - Video


Azərbaycanlı reper Orxan Zeynallı yaradıcılığından danışıb. Lent.az-a açıqlama verən ifaçı bildirib ki, «Uzaqlardan məktub» adlı yeni mahnısı işıq üzü görüb: “Bu bəstə 2008-ci ildə yazılmış «Uzaqlara məktuba» cavabdır. Qəlbimdə bir qəm, ağırlıq vardı. Amma mahnı alındı. Bundan sonra mən öz pərəstişkarlarımdan xeyli məktub aldım. Onlar mahnımı bəyənmişdilər – bu mənim üçün həm qəribə, həm də xoş bir hiss idi. Sevinirdim ki, illər sonra da dinləyicilərim mənim mahnılarımı hiss edə bilirlər”.
 
Bu trekin uşaqlıq xatirələri əsasında yazıldığını bildirən ifaçı bəstənin əvvəlində və sonunda “Əziz atam və anam” sözləri ilə valideynlərinə xitab edib: “Mənim üçün uşaqlıq illəri həyatımın ən şirin dövrü olub. Böyüdükcə başa düşmüşəm ki, uşaqlığım necə çətin illərə təsadüf edib. Valideynlərimiz xatirələrimizin bu cür təmiz və doğma olması üçün bizi çətinliklərdən qoruyublar”.
 
O. Zeynalllı onu da əlavə edib ki, aprelin 26-da “Jazz” mərkəzində konsert verəcək: “Konsertdə mən öz komandam ilə birlikdə həm yeni, həm də köhnə, sevilən mahnılarımı ifa edəcəyik. Bundan başqa sürprizlər də olacaq, amma onlar haqqında əvvəlcədən məlumat verə bilmərəm. Yalnız onu deyə bilərəm ki, sürpriz duetlərlə bağlıdır. Bəzi duetlər tamaşaçıları, sözün əsl mənasında, şoka salacaq. Bir sözlə, bu konsertdən bütün Bakı danışacaq”.
 


Комментариев нет: