четверг, 9 апреля 2015 г.

Azərbaycanlı repçilər Kayahanın xatirəsini belə yad etdilər (AUDİO)


Azərbaycanlı repçilər altı gün əvvəl dünyasını dəyişən türk sənətçisi Kayahanın xatirəsinə mahnı həsr ediblər.
ANS PRESS-in məlumatına görə, Kamal Qarabasma və Fərid Ağa məşhur musiqiçinin "Yemin ettim" mahnısını replə sintez edərək oxuyublar.
Kamal Qarabasma Kayahanın ölümünü qəlb ağrısı ilə qarşıladığını deyir: "Kayahan bizim gəncliyimizin qəlbidir. Ona görə də onun yoxluğundan hiss etdiyimiz qəlb ağrımızı məhz mahnıyla ifadə edə bilərdik. Sənətkarın "Yemin etdim" mahnısını dostum Fərid Ağanın ifası və mənim yazdığım repin sinteziylə yeni tərzdə aranjeman edib oxuduq.
Xatırladaq ki, Kayahan uzun müddət xərçəng xəstəliyindən sonra 3 aprel 2015-ci ildə dünyasını dəyişib. İlk dəfə 1990-cı ildə ayağındakı yağ kistasını müayinə etdirmək üçün xəstəxanaya gedib və ona xərçəng diaqnozu qoyulub. Onun altı ay ömrü qaldığı deyilib. Lakin Kayahan heç zaman xəstəliyə tabe olmayıb və mübarizə aparıb.



Комментариев нет: