Aktrisa Şəhanə Yusifova və ifaçı Mehin Hümbətova bir araya gəliblər.
ATV.az-ın fotokamerasına müxtəlif pozlar verən hər iki gözəl xanım dostluq barədə fikirlərini də açıqlayıblar. M. Hümbətova rəfiqəsi olmadığını bildirib: "Mənim üçün rəfiqəlik anlayışı yoxdur. Heç rəfiqəm də yoxdur. Sadəcə xətrini çox istədiyim qız tanışlarım var. Dost mənim üçün ideal məfhumdur. Dost anlayışına çox həssas yanaşıram".
Müxtəlif film və seriallarda baş rolları ifa edən aktrisa Şəhanə Yusifova isə hesab edir ki, çox gözəl dost olmağı bacarır: " İllərin sınağından keçən dostlarım var. Dostluq etməyi gözəl bacarıram. Dostluqda əsas güvəncdir".
Aktrisa Şəhanə Yusifova və ifaçı Mehin Hümbətovanın ATV.az üçün etdikləri fotosessiyanı sizə təqdim edirik:
Комментариев нет:
Отправить комментарий