Meyxanaçı Vüqar Əbdülov “Gündəlik” verilişində qonaq olub.
Axşam.az-ın məlumatına görə, sənətçi həmkarlarını onun meyxanalarını oğurlamaqda günahlandırıb:
“Bir toyda qafiyə tuturam. Üç gündən sonra başqa məclisdə meyxanaçılar onu təkrarlayırlar. Sonra da haradasa oturanda Vüqarı pisləyirlər. Əgər məni bəyənmirsinizsə, niyə etdiklərimi təkrarlayırsınız? Arxamca danışmayın. Mən də kimdənsə öyrənmişəm, yaxşı mənada oğurlamışam. Bu gün mənim düzüb-qoşduğum meyxanaları götürürlər. Yazdıqlarım mahnılar digərlərininkindən yaxşıdır. Çünki mənim musiqi savadım başqa meyxanaçılardan güclüdür”.
V.Əbdülov xanım meyxanaçılara da irad bildirib:
"Xanımların kişilərlə meyxana deməsi düzgün deyil. Özünə hörmət edən kişi qadınla deyişməz. Oktayla Samirənin deyişməsi bu gün sevilib. O xanımın başqa tərəf müqabili ilə deyişməsi məncə maraqlı alınmaz".
Verilişin qonağı olan meyxanaçı Samirə "İlk dəfə 1995-ci ildə Vüqar özü mənimlə meyxana deyib. ATV kanalında Aygün Kazımovanın "Sözümüz var" verilişində deyişmişdik" deyə, həmkarına cavab verib.

Комментариев нет:
Отправить комментарий