Azərbaycan Dövlət Musiqili Teatrın aparıcı aktrisası Gültac Əlili tezliklə ana olacaq. Aktrisa hazırda analıq məzuniyyətindədir və hamiləliyinin sonuncu ayını yaşayır. O, bu haqda Milli.Az-a danışıb:
“İkinci dəfədir ki, analıq sevincini yaşayıram. Hal-hazırda hamiləliyimin 8-ci ayındayam. Şükürlər olsun ki, səhhətimdə hər şey yaxşıdır. Övladımın dünyaya gəlişi may ayının əvvəlinə düşür. Artıq övladımın cinsiyyəti də bəllidir. Dünyaya gələcək 2-ci övladım da oğlan uşağıdır. Allah arzu edənlərə qismət etsin. Təbii ki, ana olmaq çox gözəl bir duyğudur. İnşallah, sentyabr ayından işimin başına dönəcəyəm”.
Qeyd edək ki, Gültac Əlili aktyor Hüseyn Əlilinin həyat yoldaşıdır. CütlüyünUğur adlı oğlan uşağı var.
Комментариев нет:
Отправить комментарий