понедельник, 6 апреля 2015 г.

Türkiyə "Eurovision 2015" Mahnı Müsabiqəsinə qatılmayacaq



Türkiyə “Eurovision 2015” Mahnı Müsabiqəsində iştirak etməyəcək
“Eurovision”un mətbuat xidmətindən APA-ya bildirilib ki, bu il iştirak edəcək ölkələr arasında Türkiyənin adı yoxdur: “Türkiyə Yayım Şirkəti olan TRT yarışma üçün iştirakını vaxtında təsdiqləmədiyinə görə “Eurovision 2015”-də iştirak etməyəcək”.

Qeyd edək ki, 2013-cü ildə səsvermə və püşkatma sisteminə etiraz edən Türkiyə yarışmaya qatılmayacağını açıqlasa da, bir müddət əvvəl TRT-nin baş direktoru Şenol Göka Avropa Yayım Birliyinin üzr istəməsi və TRT-nin tələblərini qəbul etməsindən sonra ölkənin yenidən müsabiqədə iştirak edəcəyini açıqlamışdı. 

Milli.Az

Комментариев нет: