Aktrisa Pərvin Abıyeva rol aldığı "Yarımdünya" filminin qala gecəsindəki geyiminə görə qınaq obyektinə çevrilib.
ATV.az məlumat verir ki, aktrisa sosial şəbəkələrdə fotolarına yazılan şərhlərə əsəbiləşib və belə cavab verib:
"Hər şeyin ağını çıxarıblar. Mən başa düşə bilmirəm ki, bunlara nə lazımdır? Hələ şərhləri oxuyanda adamın əti tökülür. Niyə anlamırlar ki, mən aktrisayam və belə geyinməyim normaldır. Hər halda mən gündəlik belə geyinmirəm. Mən açıq da geyinirəm, qapalı da. Əvvala hər geyim öz məkanına görədir. Necə geyinməyimin heç kəsə aidiyyatı yoxdur".
Комментариев нет:
Отправить комментарий