Müğənni Elton Hüseynəliyev "Gündəlik" verilişində qonaq olub.
ATV.az məlumat verir ki, aparıcı Mətanət Əliverdiyevanın, "Ailələrin dağılmasına nə və ya kim səbəb olur" sualına ifaçı belə cavab verib:
"Şəxsi həyatım barədə danışmayacam. Səbəb müxtəlif olur. Ən önəmlisi xasiyyətin tutmamasıdır. Və ya ailələr razı olmur, sevənlər başqa-başqa adamlarla ailə qurur, amma ürəklərində həmin nisgil qalır. Bəzən ailədə zorakılıq, şiddət olur. Ailələrdə ən önəmlisi odur ki, hörmət olsun və xasiyyətləri tutsun. İnsan var ki, illərlə o anı gözləyir ki, mən artıq ayrılacam. Ailədə sevgi mütləqdir".
Комментариев нет:
Отправить комментарий